...

Hövsanda ağac kəsintisi ilə bağlı toplanmış sənədlər Prokurorluğa göndərilib

Hadisə Materials 21 Noyabr 2018 09:52 (UTC +04:00)
Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.
Hövsanda ağac kəsintisi ilə bağlı toplanmış sənədlər Prokurorluğa göndərilib

Bakı. Trend:

Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, reyd zamanı Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində köküstə yaş 44 sm diametrliyində söyüd ağacının icazəsiz kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacın Suraxanı rayon sakini Allahverdi Rzayev tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib və təbiətə 1800 manat məbləğində ziyan dəydiyi məlum olub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Suraxanı rayon Prokurorluğuna göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti