...

Qaçırdığı maşını ağaca vuran Şəki sakini xəstəxanalıq oldu

Hadisə Materials 22 Noyabr 2018 13:54 (UTC +04:00)
Şəki şəhər sakini Təbriz Eyvazovun qaçırığı nəqliyyat vasitəsini və idarə edərkən onu yol kənarındakı ağaca vurması müəyyən edilib
Qaçırdığı maşını ağaca vuran Şəki sakini xəstəxanalıq oldu

Bakı. Trend:

Noyabrın 21-də Şəki şəhəri ərazisindən Çələbixan qəsəbə sakini Taleh Hüseynova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla nəqliyyat vasitəsinin şəhər sakini Təbriz Eyvazov tərəfindən qaçırılması və idarə edərkən onu yol kənarındakı ağaca vurması müəyyən edilib.

T.Eyvazov xəstəxanaya yerləşdirilib.

ŞRPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti