...

Axtarışda olan 30 nəfər saxlanılıb

Hadisə Materials 27 Noyabr 2018 09:33 (UTC +04:00)
Noyabrın 26-dan 27-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Axtarışda olan 30 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Noyabrın 26-dan 27-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 9-u “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən mülki-hüquqi borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti