...

Sərhəd zastavasının ərazisində gizlədilən qaçaqmal pirotexniki vasitələr aşkarlanıb

Hadisə Materials 13 Dekabr 2018 15:25 (UTC +04:00)
Qeyd olunan faktlarla əlaqədar əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Sərhəd zastavasının ərazisində gizlədilən qaçaqmal pirotexniki vasitələr aşkarlanıb

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları çay kənarında gizlədilmiş pirotexniki vasitələr aşkar ediblər.

DSX-dən Trend-ə verilən məlumata görə, Sərhəd Qoşun­la­rının “Zaqatala” sərhəd dəstəsinin Qax rayonunun Lələli kəndi yaxınlıqdakı sərhəd zastavasının xidməti ərazisində Alazan çayının kənarında gizlədilmiş 2 ədəd bağlamada müxtəlif çeşidli 110 ədəd pirotexniki vasitə aşkar olu­na­raq götürülüb.

Qeyd olunan faktlarla əlaqədar əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti