...

Zabratda keçmiş məhkum heroinlə tutuldu

Hadisə Materials 24 Yanvar 2019 21:39 (UTC +04:00)
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.
Zabratda keçmiş məhkum heroinlə tutuldu

Bakı. Trend:

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Zabrat qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Ağayevdən 3 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən isə çəkisi 1,2 kiloqram heroin götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti