...

Bakıda “Daewoo” avtomobilini qaçıran şəxs saxlanılıb

Hadisə Materials 26 Fevral 2019 12:33 (UTC +04:00)
DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edən Tərtər rayon sakini V.Abbasov fevralın 25-də saat 10 radələrində Nərimanov rayonu ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.
Bakıda “Daewoo” avtomobilini qaçıran şəxs saxlanılıb

Bakı. Trend:

DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edən Tərtər rayon sakini V.Abbasov fevralın 25-də saat 10 radələrində Nərimanov rayonu ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dərhal 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə F.X.Xoyski prospektində aşkar edilib.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini C.Əhmədli saxlanılıb.

Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti