...

Ötən il "Dini etiqad azadlığı haqqında" qanunu pozan 151 nəfər inzibati məsuliyyətə cəlb olunub

Hadisə Materials 28 Fevral 2019 13:06 (UTC +04:00)
2018-ci ildə 200 nəfər "Dini etiqad azadlığı haqqında" qanuna zidd olan təbliğat aparıb.
Ötən il "Dini etiqad azadlığı haqqında" qanunu pozan 151 nəfər inzibati məsuliyyətə cəlb olunub

Bakı. Elçin Mehdiyev – Trend:

2018-ci ildə 200 nəfər "Dini etiqad azadlığı haqqında" qanuna zidd olan təbliğat aparıb.

Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev deyib.

O qeyd edib ki, həmin şəxslərdən 151 nəfəri inzibati məsuliyyətə cəlb olunub. "Bu şəxslərdın 14 nəfəri inzibati həbs, 43 nəfəri 62 min manat məbləğində cərimə edilib. Həmin şəxslərdən 14 nəfər barədə materiallar təhqiqat xidmətində rədd edilib, 30 nəfər azyaşlı barədə materiallar baxılması üçün inzibati komissiyalara göndərilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti