...

Sabirabadda maşın mağazaya çırpıldı - Ölən və xəsarət alan var

Hadisə Materials 8 Mart 2019 17:45 (UTC +04:00)

Bakı. Trend:

Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, martın 7-də saat 21 radələrində Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində Şıxlar kənd sakini M.Əliyev idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarında olan mağazanın dıvarına vurub. Nəticədə sürücü və 1 sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti