...

Qarabulaqda ayı sakinlərə hücum edib - Restorandan qaçıbmış

Hadisə Materials 11 Aprel 2019 13:56 (UTC +04:00)
İnquşetiyanın Qarabulaq şəhərində ayı sakinlərə hücum edib.
Qarabulaqda ayı sakinlərə hücum edib - Restorandan qaçıbmış

Bakı. Trend:

İnquşetiyanın Qarabulaq şəhərində ayı sakinlərə hücum edib. Trend-in məlumatına görə, ayının hücumu nəticəsində 2 nəfər xəsarət alıb.

Yaralılardan biri xəstəxanya yerləşdirilib, digəri isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisə yerinə gələn polis işçiləri vəhşi heyvanı silahla zərərsizləşdiriblər.

Şəhər administrasiyasından isə ayının özəl restoranların birindən diqqətsizlik üzündən qaçdığı bildirilib. Həmin restoranda qəfəsdə daha bir neçə heyvan saxlanıldığı qeyd edilir.

Faktla bağlı araşdırmaya başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti