...

Nəsimidə mənzildə meyit tapılıb

Hadisə Materials 7 İyun 2019 19:18 (UTC +04:00)
1932-ci il təvəllüdlü Fagimat Kalimulinanın meyiti aidiyyəti üzrə təhvil verilib.
Nəsimidə mənzildə meyit tapılıb

Bakı. Trend:

Nəsimidə mənzildə meyit tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə daxil olan müraciətə əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1932-ci il təvəllüdlü Fagimat Kalimulinanın meyitini aidiyyəti üzrə təhvil veriblər.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti