Bakı. Trend:
İsmayıllıda yarım tona yaxın çətənə kolları aşkar edilib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qalıncaq kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 532 kiloqram olan 1520 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.