...

Ekologiya postunda qəza - Gənc xəstəxanalıq oldu

Hadisə Materials 11 İyun 2019 17:34 (UTC +04:00)
Bakıda qəza nəticəsində bir nəfər xəstəxanaya yerləşdirilib.
Ekologiya postunda qəza - Gənc xəstəxanalıq oldu

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda qəza nəticəsində bir nəfər xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, hadisə bu gün səhər Bakı-Quba yolunda Ekologiya postunun yaxınlığnda qeydə alınıb.

Qəza nəticəsində 1995-ci il təvəllüdlü Ağayev Əsəd Əbülfəz oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Ə.Ağayev qapalı kəllə beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti