...

Bakıda yük maşını “Bakubus”un avtobusuna çırpılıb

Hadisə Materials 8 İyul 2019 00:03 (UTC +04:00)
Bakıda yol-nəqliyyat hadisəsi baş verib
Bakıda yük maşını “Bakubus”un avtobusuna çırpılıb

Bakı. Samir Əli - Trend:

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevin Trend-ə verdiyi məlumata görə, hadisə iyunun 7-si gecə saat 23 radələrində Hövsan yolunda baş verib.

Məlumata görə, Ford markalı yük avtomobili idarəetməni itirməsi nəticəsində 175 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən BakuBus MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb. Nəticədə yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Avtobusda olan sərnişinlərdən heç biri xəsarət almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti