...

Binə qəsəbəsində daha bir soyğunçu saxlanıldı

Hadisə Materials 3 Avqust 2019 13:16 (UTC +04:00)
Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində yeni yaradılan polis bölməsinin əməkdaşları cinayətkarlıqla qətiyyətli mübarizə aparırlar.
Binə qəsəbəsində daha bir soyğunçu saxlanıldı

Bakı. Trend:

Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində yeni yaradılan polis bölməsinin əməkdaşları cinayətkarlıqla qətiyyətli mübarizə aparırlar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 3-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın Binə qəsəbəsi ərazisində naməlum şəxsin ona zor tətbiq edərək içərisində 970 manat pulu və mobil telefonu olan pulqabısını aldığını bildirib.

“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Qəzənfər Kişiyev 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti