...

Tovuzda yol qəzasında xəsarət alan 7 nəfərdən 5-i evə buraxıldı

Hadisə Materials 28 Sentyabr 2019 13:11 (UTC +04:00)
Tovuz rayonunda baş verən yol qəzasında xəsarət alan şəxslərdən 5-i evə buraxılıb.
Tovuzda yol qəzasında xəsarət alan 7 nəfərdən 5-i evə buraxıldı

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda baş verən yol qəzasında xəsarət alan şəxslərdən 5-i evə buraxılıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onlardan 5-i evə buraxılıb.

Yaralanan 7 nəfərdən 6-sı Şəmkir sakinidir. Hadisə nəticəsində xəsarət alan 1989-cu il təvəllüdlü Sadiqova Nuranə Vaqif qızı, 2006-cı il təvəllüdlü Müstafayeva Nərminə Bəhman qızı, 2015-ci il təvəllüdlü Nərimanov Bayram Elşad oğlu, 1963-cü il təvəllüdlü Nərimanova Bəsti Salam qızı və 1977-ci il təvəllüdlü Mustafayevə Aynurə Vidadi qızına ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

Hadisə nəticəsində ağır xəsarət alan 1984-cü il təvəllüdlü Sadiqov İxtiyar Vidadi oğlu və 1954-cü il təvəllüdlü Tovuz rayon sakini İsgəndərov İsgəndər Fərman oğlu isə xəstəxanada müalicə olunur.

Xatırladaq ki, bu gün səhər saatlarında Tovuz rayonunda "Niva" və "VAZ 2107" markalı avtomobillər toqquşub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti