...

Bakıda 74 yaşlı gürcü küçədə infarktdan öldü

Hadisə Materials 22 Oktyabr 2019 12:59 (UTC +04:00)
Bakıda yaşlı kişi küçədə dünyasını dəyişib.
Bakıda 74 yaşlı gürcü küçədə infarktdan öldü

Bakı. Samir Əli - Trend:

Bakıda yaşlı kişi küçədə dünyasını dəyişib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Dərnəgül qəsəbəsində baş verib.

Bakının Səbail rayon sakini, 1945-ci il təvəllüdlü Maxaradze Qeorqiy Davidoviç Dərnəgül qəsəbəsi, 320 ünvanının qarşısında qəfil ölüb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları ilkin olaraq onun ürək tutmasından dünyasını dəyişdiyini müəyyən edib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti