...

Zaqatalada 3 uşaq atası olan fəhlə ağacdan yıxılıb öldü

Hadisə Materials 31 Oktyabr 2019 13:48 (UTC +04:00)
Zaqatala sakini bədbəxt hadisə nəticəsində ölüb.
Zaqatalada 3 uşaq atası olan fəhlə ağacdan yıxılıb öldü

Bakı. Samir Əli - Trend:

Zaqatala sakini bədbəxt hadisə nəticəsində ölüb.

Trend-in məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Mazıx kəndində baş verib.

Balakən rayonunun Katex kənd sakini, 1981-ci il təvəllüdlü Natiq Osmanov fərdi təsərrüfatda günəmuzd işçi kimi xurma yığarkən ağacdan yıxılıb.

Yaralı ev sahibi tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Məlumata görə, N.Osmanov 3 azyaşlı uşaq atasıdır.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti