...

Saatlıda avtomobildən plastik kartlar oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 7 Noyabr 2019 13:35
Saatlıda avtomobildən plastik kartlar oğurlayan şəxs saxlanılıb
Saatlıda avtomobildən plastik kartlar oğurlayan şəxs saxlanılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Noyabrın 6-da Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Sarıcalar kənd sakini İlqar Alışov avtomobilindən balansında 600 manata yaxın pul olan ona və anasına məxsus 2 ədəd plastik kartın oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kartları oğurlayıb, balansında olan pulu çıxaran şəxsin zərərçəkmişin həmkəndlisi 32 yaşlı Mirsaleh Rəhimov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Oğurladığı həmin plastik kartlar və pullar ondan maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı M.Rəhimov barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti