...

Mehdiabad gənclər şəhərciyində ölümlə nəticələnən qəza baş verib

Hadisə Materials 11 Dekabr 2019 11:44 (UTC +04:00)
Mehdiabad gənclər şəhərciyində ölümlə nəticələnən qəza baş verib
Mehdiabad gənclər şəhərciyində ölümlə nəticələnən qəza baş verib

Bakı. Trend:

Dekabrın 10-da saat 18 radələrində Binəqədi rayonunun Mehdiabad gənclər şəhərciyinin ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, orada yaşayan A.Məmmədov idarə etdiyi “Chrysler” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Tamella Fərhadovanı vurmuşdur. Nəticədə xcəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti