...

Qazaxıstanda təyyarə qəzası nəticəsində ölənlərin sayı 14-ə çatıb, 35 nəfər xəsarət alıb (VİDEO/FOTO) (YENİLƏNİB-4)

Hadisə Materials 27 Dekabr 2019 08:36 (UTC +04:00)
Qazaxıstanda "Bek Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb
Qazaxıstanda təyyarə qəzası nəticəsində ölənlərin sayı 14-ə çatıb, 35 nəfər xəsarət alıb (VİDEO/FOTO) (YENİLƏNİB-4)

İlk xəbər saat 06:55-də yayılıb

Bakı. Trend:

Qazaxıstanda "Bek Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Almatı şəhərinin meriyasından bildiriblər.

Qeyd edilir ki, göyərtəsində 95 sərnişin və 5 heyət üzvü olan təyyarənin qəzaya uğraması nəticəsində 35 nəfər xəsarət alıb. Xəsarət alanlardan 22-sinin vəziyyətinin çox ağır olduğu bildirilir.

XXX

08:32

Qazaxıstanda "Bek Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 12 nəfərə çatıb.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan prezidenti yanında Mərkəzi Rabitə Xidmətinin rəsmi nümayəndəsi Əlibəy Abdilov deyib.

Ə.Abdilob bildirib: "İlkin məlumata əsasən, hazırda ölənlərin sayı 12 nəfər təşkil edir. Bu qərargah üzvləri tərəfindən bizə verilən rəsmi məlumatdır".

XXX

07:47

Qazaxıstanda "Bek Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, hadisə nəticəsində 6-sı uşaq olmaqla 9 nəfər xəsarət alıb.

Bildirilir ki, təyyarə aeroportdan havaya qalxan zaman yüksəkliyi itirərək ikimərtəbəli tikiliyə çırpılıb.

XXX

07:12

Qazaxıstanda "Bek Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Almatı Beynəlxalq Hava Limanının "Facebook" səhifəsində yerləşdirilən məlumatda deyilir.

Məlumatda deyilir: "Bu gün 2100 Almatı Nur-Sultan reysi ilə hərəkət edən "Bek Air" aviaşirkətinə məxsus təyyarə plan üzrə saat 07:05-də havaya qalxıb və radarlardan itib. Təyyarənin göyərtəsində 95 sərnişin və 5 heyət üzvü olub. "Bek Air" aviaşirkətinin təyyarəsi aeorodromdan kənarda düşüb. Sağ qalanlar var. Hadisə yerində təcili xidmətlər işləyir".

Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinin Mülki Aviasiya Komitəsinin məlumatına əsasən, qəza nəticəsində 7 nəfər həlak olub.

XXX

06:55

Qazaxıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, "Bek Air" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində 100 nəfər olub.

İlkin məlumata əsasən, Almatı-Nursultan reysi üzrə hərəkət edən təyyarənin qəzaya uğraması nəticəsində sağ qalanlar var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti