...

Sumqayıtda “Mercedes” piyadanı vurub öldürdü

Hadisə Materials 23 Yanvar 2020 15:10 (UTC +04:00)
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır
Sumqayıtda “Mercedes” piyadanı vurub öldürdü

Bakı. Trend:

Sumqayıt şəhərinin Sülh küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata əsasən, yanvarın 22-də saat 7 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində şəhər sakini E.Hüseynov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən həmyerlisi Tural Məmmədovu vurduqdan sonra idarəetməni itirdiyindən nəqliyyat vasitəsi yolun kənarındakı elektrik dirəyinə dəyib.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüş, sürücü və sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti