...

Bakıda ağır yol qəzası: 3 nəfər öldü, 1 nəfər yaralandı

Hadisə Materials 27 Fevral 2020 14:01 (UTC +04:00)
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bakıda ağır yol qəzası: 3 nəfər öldü, 1 nəfər yaralandı

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 26-da saat 16 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini B.Əliyevin idarə etdiyi “BMW”, Bakı şəhər sakini Pərviz Yusifzadənin idarə etdiyi “Daewoo” və Şəki rayon sakini Hikmət Lətifovun idarə etdiyi “Fiat” markalı avtomobillər toqquşub. Nəticədə H.Lətifov, P.Yusifzadə və sərnişini Ağdam rayon sakini Fatma Quliyeva hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti