...

Bakıda bankomatdan pul çıxaran qadın qarət edildi

Hadisə Materials 6 Aprel 2020 09:37 (UTC +04:00)
Bakıda qadın küçədə qarət olunub.
Bakıda bankomatdan pul çıxaran qadın qarət edildi

Bakı. Samir Əli - Trend:

Bakıda qadın küçədə qarət olunub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü G.Zəkiyeva qəsəbə ərazisindəki bankomatdan 300 manat pulu çıxardıqdan sonra naməlum şəxs ona hücum edərək pulu alıb və ərazidən qaçıb.

Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin narkotik vasitələrin qanunsuz dövriyyəsi, oğurluq və dələduzluq maddələri ilə məhkum olunmuş 1976-cı il təvəllüdlü Salman Məmmədov saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 0,446 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti