...

Bakıda 42 yaşlı kişi dezinfeksiya spirti içib öldü

Hadisə Materials 10 Aprel 2020 10:35 (UTC +04:00)
Bakı sakini dezinfeksiya edici məhluldan zəhərlənib
Bakıda 42 yaşlı kişi dezinfeksiya spirti içib öldü

Bakı. Samir Əli - Trend:

Bakı sakini dezinfeksiyaedici məhluldan zəhərlənib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib.

Belə ki, Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Dmitriy Anatolyeviç Paxlov yaşadığı evdə etil spirti içib. Spirtdən zəhərlənən D.Paxlovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti