...

Bakıda “ВMW” beton plitəyə çırpıldı

Hadisə Materials 6 May 2020 11:38 (UTC +04:00)
Bakıda “ВMW” beton plitəyə çırpıldı

Bakı. Trend:

Bakıda daha bir yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda “ВMW” markalı minik avtomobili yol kənarındakı beton plitəyə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti