...

Bakıda 20 yaşlı oğlan özünü öldürməyə cəhd etdi

Hadisə Materials 25 İyun 2020 11:15 (UTC +04:00)
Bakıda gənc oğlan özünə xəsarət yetirib.
Bakıda 20 yaşlı oğlan özünü öldürməyə cəhd etdi

Bakı. Samir Əli - Trend:

Bakıda gənc oğlan özünə xəsarət yetirib. Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.

Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Rəhmanzadə küçəsi ev 23-də yaşayan, 1998-ci il təvəllüdlü Qulamov Elnur Elşən oğlu həmin evdə tək olduğu halda özünə qarın nayihəsindən kəsici-deşici alətlə xəsarətlər yetirib. E. Qulamov yaxınlıqda yaşayanb qohumu tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti