...

Trampın Tailand və Kamboca liderləri ilə danışması planlaşdırılır

Dünya xəbərləri Materials 12 Dekabr 2025 05:14 (UTC +04:00)
Trampın Tailand və Kamboca liderləri ilə danışması planlaşdırılır

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp hələ Tailand və Kamboca rəhbərləri ilə əlaqə saxlamayıb, lakin yaxın vaxtlarda bunu etməyi planlaşdırır. Vaşinqton Administrasiyası isə iki ölkə arasında artan gərginlik fonunda vəziyyəti diqqətlə izləyir.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib.

"Prezident hələ bu telefon danışıqlarını həyata keçirməyib və bunu etdikdə, əminəm ki, siz bunu birbaşa ondan eşidəcəksiniz", – o qeyd edib. Tailand və Kamboca arasındakı münaqişənin daha da gərginləşməsinə toxunan Levitt əlavə edib: "ABŞ Administrasiyası, təbii ki, vəziyyəti ən yüksək səviyyədə nəzarətdə saxlayır və prosesdə tam şəkildə iştirak edir."

Xəbər lenti

Xəbər lenti