...

Bakıda "Al market" qarət edildi

Hadisə Materials 1 İyul 2020 09:17 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda marketdən oğurluq olub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Al market” də baş verib. Naməlum şəxs marketin satıcısının fikrini yayındıraraq oradan 338 manat dəyərində tütün məlumatları oğurlayıb.

Binəqədi rayonu Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Vüqar Kərimov saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti