...

Yevlaxda inzibati bina yanıb

Hadisə Materials 19 Sentyabr 2020 09:15 (UTC +04:00)
Yevlaxda inzibati bina yanıb

Bakı. Trend:

Yevlax şəhərinin Aşağı Salamabad kəndində ümumi sahəsi 800 kv.m olan birmərtəbəli inzibati binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, binanın fəaliyyət göstərməyən, yararsız olan hissəsində tavan 65 kv.m sahədə və döşəmə 1 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti