...

ANAMA cəbhəboyu ərazilərdə hərbi sursat, mina, partladıcı və mərmi qalıqları aşkar edib (FOTO)

Hadisə Materials 15 Noyabr 2020 03:46 (UTC +04:00)
ANAMA cəbhəboyu ərazilərdə hərbi sursat, mina, partladıcı və mərmi qalıqları aşkar edib (FOTO)

Bakı. Trend:

2020-ci il 12-14 Noyabr tarixlərində Agentliyə Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 251 (iki yüz əlli bir) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 5 (beş) müraciət daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, daxil olmuş 251 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 106 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 46 ədəd partlamamış hərbi sursat (PHS), 2 574 ədəd piyada əleyhinə mina, 906 ədəd tank əleyhinə minanın partladıcısı və 295 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 7 ədəd partlamamış hərbi sursat (PHS), mexaniki minatəmizləmə qrupu tərəfindən 7 ədəd PMN minası zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Agentliyin minaaxtaranı 1979-cu il təvəllüdlü Xudiyev Asəf Mürsəl oğlu öz xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən basdırılmış piyada əleyhinə minaya düşüb, nəticədə sol ayağı topuq nahiyəsindən amputasiya olunmuş və çox saylı qəlpə yarası allb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti