...

Sabunçuda evdə yanğın olub

Hadisə Materials 1 Yanvar 2021 22:55 (UTC +04:00)
Sabunçuda evdə yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 102 m² olan birmərtəbəli 6 otaqlı evin bir otağının yanar konstruksiyaları 12 m² sahədə və digər otağın tavanı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti