...

Qaxda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb

Hadisə Materials 5 Mart 2021 22:09 (UTC +04:00)
Qaxda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb

Bakı. Trend:

Qax rayonunun Cəlayir kəndində ümumi sahəsi 886 m² olan tikilinin (bir hissəsində məcburi köçkünlər məskunlaşıb, digər hissəsi qeyri-yaşayış) yaşayış sahəsi kimi istifadə olunan hissəsinin yanar konstruksiyaları və içərisindəki ev əşyaları 12 m² sahədə, digər hissəsinin dam örtüyü 144 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti