...

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib

Hadisə Materials 18 Aprel 2021 09:30 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin mətbəxində 1 ədəd soyuducu və mebel 0,5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan lambirindən ibarət tavan 10 m² sahədə əriyib.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti