...

Bakıda binada yaranmış təhlükə FHN əməkdaşları tərəfindən aradan qaldırılıb

Hadisə Materials 20 May 2021 17:47 (UTC +04:00)
Bakıda binada yaranmış təhlükə FHN əməkdaşları tərəfindən aradan qaldırılıb

Bakı. Samir Əli - Trend:

Paytaxtın Nərimanov rayonunda beşmərtəbəli binada yaranmış təhlükə aradan qaldırılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən beşmərtəbəli binanın fasadında beton parçalarının qoparaq asılı vəziyyətdə qalması barədə 20 may 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat daxil olandan dərhal sonra hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, beşmərtəbəli binanın 5-ci mərtəbəsində fasad hissədə beton parçaları qoparaq asılı vəziyyətdə qalmaqla, ətrafdakı insanlar üçün təhlükə törədir.
Xilasedicilər hadisə yerini təhlükəsizlik lenti ilə çəpərləyib və düşmə təhlükəsi olan beton parçalarını müvafiq qaydada götürüb kənarlaşdıraraq sakinlərin təhlükəsizliyini təmin ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti