...

Bakıda avtomobil təmiri sexi yanıb

Hadisə Materials 28 May 2021 09:58 (UTC +04:00)
Bakıda avtomobil təmiri sexi yanıb

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 90 kv.m olan bir dam altında tikilən avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisindəki əşyalar 30 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti