...

Bakıda 6 otaqlı evdə yanğın olub

Hadisə Materials 19 İyul 2021 18:49 (UTC +04:00)
Bakıda 6 otaqlı evdə yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli, 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti