Bakı. Trend:
Qəbələ rayonunun Solquca kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) 1,5 ha sahədə quru ot və kol-kos yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğınsöndürmə işlərinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
Yanğın söndürülüb.