...

Bakıda restoranda yanğın baş verib

Hadisə Materials 1 Sentyabr 2021 22:41 (UTC +04:00)
Bakıda restoranda yanğın baş verib

Bakı. Trend:

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 100 m²) olan restoran kimi fəaliyyət göstərən üçmərtəbəli binanın birinci mərtəbəsində 1 ədəd məişət avadanlığı yanıb. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti