...

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 12 nəfər təxliyə edilib

Hadisə Materials 8 Sentyabr 2021 08:57 (UTC +04:00)
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 12 nəfər təxliyə edilib

Bakı. Trend:

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan mənzilin mətbəxində 1 ədəd soyuducu, 2 p.m mebel və lambirindən ibarət tavan 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı tüstülənən mənzillərdən 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti