...

Prokurorluq Ağdamda mülki şəxsin minaya düşməsi barədə məlumat yaydı

Hadisə Materials 21 Sentyabr 2021 09:55 (UTC +04:00)
Prokurorluq Ağdamda mülki şəxsin minaya düşməsi barədə məlumat yaydı

Bakı. Samir Əli - Trend:

Ağdam rayon prokurorluğu Ağdamda mülki şəxsin minaya düşməsi barədə məlumat yayıb.

Prokurorluqdan Trend-ə verilən məlumata görə, 21 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində Ağdam rayonunun Qərvənd kəndi ərazisində təmir işləri aparan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator yükləyici traktor ilə sürücü 1972-ci il təvəllüdlü Zəfər Ağayevin tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti