...

Tovuzda ərzaq mağazası yanıb

Hadisə Materials 22 Sentyabr 2021 08:58 (UTC +04:00)
Tovuzda ərzaq mağazası yanıb

Bakı. Trend:

Tovuz rayonunun Əyyublu kəndində ümumi sahəsi 50 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və bitişik ümumi sahəsi 100 m² olan köməkçi tikilinin dam örtüyü 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti