...

Sumqayıtda zavoddan oğurluq edilib

Hadisə Materials 13 Noyabr 2021 12:31 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Sumqayıtda zavoddan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Sumqayıt Superfosfat” zavodunun ərazisindən 200 kiloqram çəkidə metal qırıntılarının oğurlanması barədə məlumat daxil oluub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəhər sakini A.Həsənov, Abşeron rayon sakinləri T.Mikayılov və C.Əhmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti