Bakı. Trend:
Rusiyanın Krasnoyarsk diyarının Yenisey rayonunda fərdi yaşayış evində baş verən yanğın nəticəsində iki azyaşlı həyatını itirib.
Trend xəbər verir ki, bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə İstintaq İdarəsində yayıb.
Bildirilir ki, evdə üç uşaqlı ailə yaşayıb. Uşaqlardan yalnız 10 yaşlı oğlan xilas ola bilib. Faktla bağlı Rusiya CM müvafiq maddəsiylə araşdırma başlanılıb.