...

Tovuzda "Mercedes" yanıb

Hadisə Materials 10 Dekabr 2021 08:43 (UTC +04:00)
Tovuzda "Mercedes" yanıb

Bakı. Trend:

Tovuz rayonunun Düz Qırıqlı kəndində ümumi sahəsi 80 m² olan talvarın altında dayanan "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və qismən salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan talvarın lambirindən ibarət tavanı 1 m² sahədə əriyib. Avtomobilin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti