...

Tovuzda ikimərtəbəli ev yanıb

Hadisə 21 Yanvar 2022 08:22 (UTC +04:00)
Tovuzda ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Tovuz rayonunun Çatax kəndində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 260 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi, zirzəmisinə yığılan ot bağlamaları və bitişik tövlə yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti