...

Azərbaycana gələn yük avtomobilindən 4600 ədəd siqaret aşkarlanıb

Hadisə Materials 27 Yanvar 2022 12:27 (UTC +04:00)

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Azərbaycan Respublikasına gələn "Mercedes-Benz" və "Man" markalı yük nəqliyyat vasitələri saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, bu zaman hər iki sürücü idarə etdikləri nəqliyyat vasitələrində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildiriblər.

Lakin gömrük baxışı zamanı yük nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 4600 ədəd "Marlboro touch" markalı siqaret aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti