...

Biləsuvarda narkotikin təsiri altında olan sürücü saxlanılıb

Hadisə Materials 1 Fevral 2022 19:31 (UTC +04:00)
Biləsuvarda narkotikin təsiri altında olan sürücü saxlanılıb

Bakı. Trend:

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2121” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Lerik rayon sakini R.Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o polis şöbəsinə gətirilib və müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən R.Məmmədovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti