...

Zaqatala sakinlərindən qanunsuz odlu silahlar götürülüb

Hadisə Materials 1 Fevral 2022 23:41 (UTC +04:00)
Zaqatala sakinlərindən qanunsuz odlu silahlar götürülüb

Bakı. Trend:

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilmiş tədbirlər nəticəsində rayon sakinlərindən ümumilikdə 3 ədəd “İJ” və “TOZ” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılmasından ötrü rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti