...

Qəbələnin Vəndam bazarında yanğın olub (VİDEO)

Hadisə Materials 13 Fevral 2022 20:48 (UTC +04:00)

Bakı. Trend:

Qəbələ rayonunun Vəndam qəsəbəsində ümumi sahəsi 1000 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (aptek, mağaza və.s) ibarət tikilinin yanar konstruksiyaları 400 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti