...

İsmayıllı sakinindən qanunsuz odlu silah götürülüb

Hadisə Materials 23 Fevral 2022 08:48 (UTC +04:00)

Bakı. Trend:

İsmayıllı sakinindən qanunsuz odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində rayon sakini Kərim Kərimovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

həmin şəxs barəsində protokol tərtib olunaraq barəsində müvafiq qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti